Bəturə İFŞA ETDİ: "Nə qədər insanın çörəyinə bais olurlar"
“Nə qədər insanın çörəyinə bais olanlar var”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Bəturə Hüseynova “İbo şou” verilişində deyib.
Müğənni şou-biznesdəki paxıllıqlardan, çörəyə bais olan sənətçilərdən danışıb. O, özünün də belə haqsızlıqlara tuş gəldiyini bildirib:
“Sənət aləmində elə şeylərlə qarşılaşırıq ki… Nə qədər insanın çörəyinə bais olanlar var. Elə özümə qarşı da çox haqsızlıqlar olub. Kimsə toyuna, məclisinə dəvət etmək istəyib, deyiblər “Bəturə Azərbaycanda deyil, Türkiyədə yaşayır”. Nə dəxli var harada yaşayıram? Lazım olanda oradan da gəlirəm. Yaxud da burada oluram, niyə deyirlər Bakıda yoxdur? Bunu edənlər də elə sənət cameəsindən olan həmkarlarımızdır”.
Nehru













