!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bəxt üzüyü” filminin lent yazısı yox edildi: “Şüşələri sındırırdılar”

!Reklam – Yazi

Səhhəti ilə əlaqədar kinodan ayrı düşən xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli bu gün də ürəyinin kino ilə döyündüyünü deyir.

Yenicag.az-a açıqlama verən sənətkar film çəkmək arzusunu dilə gətirib. O, 1991-ci ildə ekranlaşdırdığı “Bəxt üzüyü” filmini də yada salıb, onun kino aləmində bir hadisəyə çevrildiyini deyib:

“Bu gün də filmlər çəkmək istəyirəm, amma səhhətim buna imkan vermir. 1991-ci ildə çəkdiyim “Bəxt üzüyü” filmi bu gün də sevilir. Yadımdadır, filmin Heydər Əliyev Sarayında möhtəşəm prezentasiyası keçirildi. İynə atsaydın, tamaşaçı əlindən yerə düşməzdi. Filmi görmək üçün saraya o qədər böyük axın vardı ki, izdihamın qarşısını almaq mümkün deyildi. Zala daxil olmaq üçün sarayın şüşələrini sındırırdılar. Heyif ki, o prezentasiyanın lent yazısı qalmayıb. Dəfələrlə televiziyaya müraciət etdik, amma tapa bilmədilər. O lent yazısını yox eləyiblər”.

Xalq artisti “Bəxt üzüyü” filminə görə mükafatlar aldığını da bildirib:

“Film yaxşı mənada böyük səs-küy doğurdu, tamaşaçılar tərəfindən qəbul olundu. Bu ekran işinə görə, mükafata da layiq görülmüşəm. “Bəxt üzüyü” Azərbaycanda keçirilən film festivallarından birində tamaşaçı rəğbəti qazanan film nominasiyası üzrə mükafat alıb”.

Cəvahir

COP29

www.yenicag.az

2676
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv