“Bəyanat konfransın keçirilməsinə mane olmayacaq” – AKİ rəsmisindən SƏRT İSMARIŞ

media-hightechnic-468x90

“Bəyanat konfransın keçirilməsinə mane olmayacaq”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu fikri Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov mətbuatda yayılmış bəyanatla bağlı səsləndirib. O, bəyanatın “çiy” hazırlandığını və siyahıda qeyd olunan bəzi isimlərin AKİ üzvü olmadığını vurğulayıb:

İmzalar arasında İttifaqın üzvü olmayanlar var: İmzalar saxtadır, dəqiqləşdirmə apardıq, qol çəkmədiklərini dedilər, Konfransın gündəliyində İdarə Heyətinin hesabatının olmaması fikri səhvdir. Gündəliyi konfransın səsverməsi həll edəcək. Orada hesabat, nizamnaməyə əlavələr də var, Konfransın qərarlarının düzgünlüyü Ədliyyə Nazirliyi tərəfindən qiymətləndiriləcək, Gülzar Qurbanova, Mehriban Zəki, Fəxrəddin Manafov, Ayaz Salayev AKİ üzvü deyillər. Bəyanat “çiy” hazırlanıb. Konfransın keçirilməsinə mane olmayacaq. Bütün həmkarlarımı konfransda iştiraka və istədikləri namizədə səs verməyə çağırıram.

Qeyd edək ki, bu gün “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri birgə bəyanat yayıb.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05