Dünən Burak Özçivit, Murad Boz və Aslı Enverin qonaq olduğu proqram yarımçıq kəsilib. Buna səbəb isə studiyada bir qrup insanın keçən həftə qalmaqala səbəb olan qadını dəstəkləyərək “Ayşe müəllimə tək deyil” demələri olub.
Bunun ardından veriliş 30-cu dəqiqədə saxlanılıb.
Qeyd edək ki, keçən həftə canlı efirə zəng edərək müəllimə olduğunu deyən Ayşe Çelik Türkiyənin şərqində baş verənlərlə bağlı danışıb. O, televiziyada hər şeyin olduğu kimi göstərilmədiyini, terrorla mübarizə zamanı anaların və uşaqların öldüyünü, artıq sülh və barış istədiyini vurğulamışdı. Həmin vaxt studiyadakılar və aparıcı Bəyazit Öztürk onu alqışlamışdı. Lakin sonra qadının “PKK təbliğatçısı” olduğunu iddia edərək ona qarşı “Terror təşkilatını təbliğ etmək” maddəsi ilə cinayət işi açılmışdı.
Qadın sonra ifadə verərək belə bir niyyətinin olmadığını, PKK-nı dəstəkləmədiyini söyləmişdi. B.Öztürk isə xalqın qarşısına çıxaraq üzr istəmiş, siyasətə qarışmadığını bildirmişdi.(Axşam)
www.yenicag.az