Beyləqanda avtomobil aşdı: Sürücü öldü

media-hightechnic-468x90

Beyləqanda avtomobil aşıb, sürücü ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, ötən gün axşam saat 18:00 radələrində Ağcabədi rayon sakini Əhməd Həsənov “VAZ” markalı avtomobillə Beyləqan rayonunun Örənqala qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü Ə.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600