Bəzi nəhəng dinozavrlarda dişləmə gücünün zəif olduğu üzə çıxdı

media-hightechnic-468x90

Nəhəng yırtıcılarla bağlı yeni araşdırma diqqət çəkib. Bristol Universitetinin alimlərinin də qatıldığı tədqiqatda məlum olub ki, bəzi iri ölçülü dinozavrların dişləmə gücü qat-qat zəif olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Current Biology” jurnalında yayımlanan araşdırmada qeyd olunub.

Bildirilir ki, ikiayaqlı 18 yırtıcı dinozavrın kəllə quruluşu və dişləmə gücü analiz edilib. Nəticələr göstərib ki, Tiranozavr kimi növlər sümükləri sındıracaq qədər güclü çənəyə sahib olsa da, Spinozavr və Allozavr kimi dinozavrlar əti parçalamağa uyğun zəif dişləmə gücünə malik olub.

Alimlərin sözlərinə görə, bu fərq dinozavrlarda fərqli ovlanma və qidalanma strategiyalarının mövcud olduğunu sübut edir. Araşdırmanın müəlliflərindən Dr. Andrew Rou bildirib ki, yırtıcıların bəzi növləri gücə üstünlük verib, bəziləri isə çevikliyə və kəsmə qabiliyyətinə.

Məlum olub ki, bədən ölçüsü ilə dişləmə gücü arasında birbaşa əlaqə yoxdur – bəzi kiçik dinozavrlarda təzyiq daha yüksək olub. Bu isə qədim dövrdə yırtıcılar arasında fərqli təkamül yollarının mövcud olduğunu göstərir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa