Biləsuvarda qəza: ölən var

media-hightechnic-468x90

indir (8)Azərbaycanın Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə yanvarın 3-dən 4-nə keçən gecə Ələt-Astara avtomagistralının 104-cü kilometrliyində, yolun rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Biləsuvar rayon sakini Mahir Nəhmədovun idarə etdiyi “Volkswagen” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “QAZel” markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən yolun kənarına yuvarlanan “Volkswagen” deformasiyaya uğrayaraq yararsız hala düşüb. Avtomobilin sürücüsü Mahir Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600