“Microsoft”un qurucusu Bill Gatesin ortağı olduğu “Bill & Melinda Gates” Vəqfi Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Səlmanın başçılıq etdiyi “MiSk” vəqfi ilə ortaqlığını sonlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Bill & Melinda Gates” Vəqfi özü məlumat yayıb. Ortaqlığın sonlandırılması üçün jurnalist Camal Qaşıqçının İstanbulda yerləşən Səudiyyə Ərəbistanı baş konsulluğunda öldürülməsi səbəb göstərilib.
Verilən açıqlamada “Camal Qaşıqçının öldürülməsi son dərəcə narahatedici bir haldır. Bu bizi çox düşündürdü və sonda belə bir qərar aldıq” – deyə bildirilib.
Qeyd edək ki, “Bill & Melinda Gates” Vəqfi 2017-ci ilin noyabr ayından Şahzadə bin Məhəmməd ilə birgə işləyəcəyini elan etmişdi.
www.yenicag.az