Biloji və süni beyin neyronları arasında əlaqə yaradıldı – Dünyada ilk dəfə/FOTO

Avropalı alimlər dünyada ilk dəfə beynin təbii və süni neyronları barəsində əlaqəni təmin edə biliblər. Bu əlaqə həmin neyronların arasında yüzlərlə kilometr məsafə halında yaradılıb.

Yenicag.az xəbər verir ki, bu barədə 4pda saytı xəbər verib. Təcrübənin aparılması üçün İtaliyada yerləşən Padui Universitetinin alimləri laboratoriya şəraitində siçan neyronlarını yaradıblar. İsveçrədə yerləşən Sürix Universitetinin alimləri isə silisiumdan hazırlanmış mikroçiplər üzərində süni neyronların yaradılması ilə məşğul olublar. Nanoelektron sinapslar üzərində idarəetmənin reallaşdırıldığı virtual mühit İngiltərədə yerləşən Sauthempton Universitetində yaradılıb.

Təcrübə çərçivəsində alimlər dünyanın müxtəlif yerlərində yerləşən bioloji və süni neyronların arasında internet vasitəsilə siqnalların ötürülməsinə imkan verən hibrid şəbəkə yarada biliblər. Tədqiqatçların gözləntilərinə əsasən bu yeni texnologiya elmi cəmiyyətin böyük diqqətinə səbəb olacaq. Tədqiqatda qeyd edilib ki. bioloji və süni neyronlar arasında bu cür qarşılıqlı əlaqəyə təbiətdə rast gəlinmir.

Tədqiqatçıların fikirlərinə əsasən bu cür texnologiya öz növbəsində beynin funksional olmayan hissələrinin süni zəkaya sahib mikrosxemlər ilə əvəz edilməsi üçün nəzərdə tutulmuş tədqiqatların aparılması yolunda neyroprotez texnologiyalarının əsasını qoyacaq.