!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"BİNƏ KƏBİRƏ" polisi vurub öldürən qohumuna sahib çıxdı - ÖZƏL

!Reklam – Yazi

Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədovun Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qohumu olduğunu xəbər vermişdik.

Yenicag.az saytı bir polisin ölümü ilə nəticələnən qəzadan xəsarət alaraq, xəstəxanaya yerləşdirən 10 VV 155 dövlət nömrəli avtomobilin sahibi Rövşən Məmmədovla bağlı yeni məlumatlar əldə edib.

Əldə etdiyimiz məlumata görə, Kəbirə Məmmədova bacısı oğlu deyilən Rövşən Məmmədova sahib çıxıb. Belə ki, “Porsche”nin sürücüsü əvvəlcə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilsə də, sonradan özəl klinikaya köçürülüb.

Maraqlıdır ki, bu klinika da iş xanımı Kəbirə Məmmədovaya məxsusdur. Söhbət Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 87 a-da yerləşən “KM” klinikasından gedir.

Hazırda “Kəbirə Məmmədovanın klinikası” kimi tanınan tibb ocağında müalicə olunan Rövşən Məmmədovun bir müddət həkim nəzarəti altında olacağı bildirilir.

Yenicag.az

COP29

www.yenicag.az

1861
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv