Binəqədidə döyüş sursatı aşkarlanıb

media-hightechnic-468x90

img1781856Bakının Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb.

Yenicag.az musavat-a istinadən xəbər verir ki, bu barədə “112” qaynar telefon xəttinə informasiya daxil olub.

Həmin məlumata əsasən, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

Məlum olub ki, bu təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir. Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilmişdir.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 13:50-də başa çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600