!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir milyon dollar uddu və öldü

!Reklam – Yazi

ABŞ-da lotereyadan milyon dollar qazanan Donald Savostano bu hadisədən cəmi üç həftə sonra dünyasını dəyişib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York ştatının Sidney şəhərindən olan 51 yaşlı amerikalı lotereyalardan birinin bayram biletini almaq qərarına gəlib və bu, ona milyon dollar qazandırıb.

Lotereyanın qaydalarına görə, belə yüksək məbləğli uduşlar sahiblərinə bir neçə il ərzində hissə-hissə ödənilir. Bu prosesi tezləşdirmək istəyənlər isə uduş məbləğinin bir hissəsindən imtina etməklə, cek-potu əldə edə bilir. Savostano da məhz sonuncu variantı üstün tutub. O, yanvarın 4-də lotereyanın təşkilatçısı olan şirkətin baş ofisinə yollanıb və müəyyən məbləğdən imtina etməklə 661,8 min dollar alıb.

Uduşu ələ aldıqdan sonra jurnalistlərə açıqlama da verən Donald elə də ciddi planlarının olmadığını bildirib: “Ekstravaqant planlar qurmaq fikrim yoxdu. Yeni “pikap” alacağam, borclarımı bağlayacağam və gələcəyimə pul yatırmağa çalışacağam”.

Lakin bundan cəmi bir neçə gün sonra Savostanoda xərçəng xəstəliyi aşkarlanıb. Yanvarın 26-da isə o, dünyasını dəyişib.

COP29

www.yenicag.az

2276
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv