Bişkekdə bomba xəbərinə görə bir çox obyektlərdən insanlar təxliyə olunur

media-hightechnic-468x90

Qırğızıstanın paytaxtı Bişkekdə məktəb, ticarət mərkəzi və digər obyektlərdən insanlar kütləvi təxliyə olunur.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik”in Qırğızıstan bürosu məlumat yayıb.

Paytaxtda yerləşən məktəblər, ticarət mərkəzləri, xəstəxanalar, hətta doğum evlərində və uşaq bağçalarında olan şəxslərin kütləvi təxliyəsi davam etdirilir.

Buna səbəb olaraq naməlum şəxslərin həmin binalarda bomba qoyulması barədə xəbər verməsi göstərilib.

Paytaxtda bir sıra ərazilər mühasirəyə alınıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub./APA

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600