“Biz onları görmürük, səsini eşitmirik, …”

media-hightechnic-468x90

81171ÜNS Yaradıcılıq Səhnəsində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Aviasiya Akademiyasının rektoru, görkəmli alim, akademik Arif Paşayev, Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Alesandr Borisoviç Kudelin, Misirin Ayn Şəms Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi, Türkiyə Texniki Universitetinin professoru Sait Özervarlı, Türkiyənin Memar Sinan Universitetinin professoru Tanju Seyhan və digər alimlər, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Xatirə gecəsində professor Nərgiz Paşayeva da çıxış edib:

“Ömür anidir, keçicidir, bəlkə də fanidir, həyat isə daimidir, əbədidir. Ömrü ölçə bilən meyarlar var – saatlar, günlər, aylar, illər var. Ömür bir nəfərə – təkə bağlıdır, həyat isə külli-bəşəriyyətə, cəmə bağlıdır. Ömür aydındır, cünki ömrün əvvəli də var, sonu da. Amma həyat aydın deyil. Çünki həyatın nə əvvəlini bilən var, nə də sonunu. Bu, həmişə belə olub və belə də olacaq. Çünki ömür konkret, həyat isə abstraktdır. Yaranan nə varsa, bu iki vəhdətin qanunu arasında yaşayır. Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, həyatı davam edir. Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir və o surət bizi hec vaxt tərk etmir”.

Nərgiz Paşayeva 75 yaşı tamam olan Aida İmanquliyevanın haqqında fikirlərini bölüşüb:

“O doğrudan da parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, goründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti heç bir zaman azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz”.

Tədbir alimin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə davam edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600