“Bizim kimi təkcə Barselona oynaya bilir”

media-hightechnic-468x90

6488669_3“Çelsi”nin futbolçusu Sesk Fabreqas oyun üslublarını sabiq klubu “Barselona”ya bənzədib.

İspan oyunçu deyib ki, matçlarda “Barsa” kimi topa çox sahib olmağa çalışırlar:

“Bizim kimi təkcə “Barselona” oynaya bilir. Qarşılaşma zamanı topa daha çox sahib olub üstün tərəf olmağa çalışırıq. Qol epizodları yaratmağın yollarını axtarırıq. Taktiki sxemimiz fərqli olmasına baxmayaraq, oyun fəlsəfəmiz “Barselona” ilə oxşardır”.

Sesk baş məşqçisi Mourinyo haqda da müsbət fikirlər səsləndirib:

“Mourinyo ağıllı baş məşqçidir. Futbolçuları oyun üslubuna çox tez uyğunlaşdırır. Mourinyonun çalışdırdığı komandalar çətin vəziyyətdə belə rahat oynaya bilir. Buna görə də o, möhtəşəm məşqçidir”.

(hafta.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600