Biznesmenləri gözləyən BÖYÜK TƏHLÜKƏ

media-hightechnic-468x90

İqtisadçı ekspert Azər Mehdiyev bildirir ki, inflasiyanı proqnozlaşdırmaq çox ciddi bir problemə çevrilib.

“Diqqət yetirsək, görərik ki, devalvasiya zamanı qiymət qalxması prosesləri qaçılmaz olduğu halda hökumət bütün inzibati vasitələrdən istifadə edib, qarşısını aldı. Halbuki, reallıq ondan ibarətdir ki, ölkədə satılan malların böyük əksəriyyəti xaricdən gətirilir, həmçinin məhsulların xammal materialları da əcnəbi ölkələrdən idxal olunur. Belə bir şəraitdə ölkədə qiymət qalxımı qaçılmaz proses olmalı idi”-deyə ekspert bildirib.

Azər Mehdiyev vurğulayır ki, hökumət mart ayında 0.8 %-lik inflasiyaya nail olubsa, növbəti aylarda hökumət nə dərəcədə bu prosesə müdaxilə edəcəyini , nə qədər inzibati təsirlərlə bunu saxlayacağını müəyyən etmək çətin məsələdir.

“Bu baxımdan, indiki qədər sıxma prosesləri gedirsə, belə görünür hökumət müxtəlif vasitələrdən istifadə edərək inflasiyanın qarşını almaq niyyətindədir. Qiymət artımının olmaması, daha çox biznesə ciddi təsir göstərəcək və ölkədə biznesin sıxılmasına, hətta aradan çıxmasına gətirəcək. Hökumətin davranışlarını və indiki gedişini nəzərə alsaq, inflasiya aşağı həddə qalacağını güman edirəm.”-həmçinin Azər Mehdiyev sözlərinə əlavə edib.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600