BMT-də Ukraynadakı vəziyyətə aydınlıq gətiriləcək
Yanvarda BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə iclasın keçirilməsi planlaşdırılır.
Yenicag-ın müsavat-a istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Şurasının hazırkı sədri, Çilinin BMT-dəki nümayəndəsi Kristian Barros Mele bəyan edib.
“Görüşün keçirilməsinə dair Böyük Britaniya və Litvadan Şuraya müraciət daxil olub. Çox güman ki, Ukraynadakı vəziyyət yanvar ayında müzakirə ediləcək”, deyə Mele bildirib.