BMT-dən Qarabağ açıqlaması

media-hightechnic-468x90

Qarabağda gərginliyin artması ilə bağlı xəbərlər narahatlıq doğurur, BMT üçtərəfli formatda, eləcə də ATƏT-in Minsk Qrupu tərəfindən gərginliyin azaldılması səylərini alqışlayır.

Yenicag.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Qarabağda gərginlik barədə xəbərlərdən narahatıq. Biz gərginliyin azaldılması üzrə üçtərəfli formatda və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini alqışlayırıq”, – deyə S.Düjarrik bildirib.

O əlavə edib ki, BMT bütün tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə, eləcə də bütün məsələləri birbaşa dialoq yolu ilə həll etməyə çağırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600