Boğazını ülgüclə üzdü

media-hightechnic-468x90

95500Bu gün axşam saatlarında Gəncədə intihara cəhd hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin İshaq Cəfərəov küçəsi, bina 4, mənzil 9 ünvanında qeydə alınıb.

Adıçəkilən ünvanda yaşayan 43 yaşlı Seymur Adıgözəlov sərxoş vəziyyətdə qonşuları ilə mübahisə etdikdən sonra ülgüclə boğaz, qarın və bədəninin digər nahiyələrinə müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisə yerinə dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Zərərçəkmiş polis əməkdaşlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Seymur Adıgözəlovun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600