Bolqarıstan dekabrın 31-dən Azərbaycandan qaz alacaq

media-hightechnic-468x90

2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstan Azərbaycandan təbii qaz almağa başlayacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin iclası zamanı deyib.

O bildirib ki, “Bulgargaz” şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstana 25 il müddətində illik 1 milyard kubmetr təbii qaz tədarük olunacaq.

Nazir əlavə edib ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan vasitəsilə nəql ediləcək.

Qeyd olunub ki, Bolqarıstan təbii qazı gələn ilin oktyabrınadək Trans-Adriatik boru kəmərini (TAP) Yunanıstan qaz-nəqliyyat sistemi ilə bağlayan “Kulata” müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600