“Bomba” ləqəbli oğru yaxalanıb

media-hightechnic-468x90

bombaO, silsilə oğurluqlarda şübhəli bilinir
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində oğurluqda təqsirləndirilən 21 yaşlı oğlan tutulub. “Bomba” ləqəbli Sərvət Zərbəliyev növbəti oğurluq əməlini törədərkən yaxalanıb. Rayon Polis İdarəsi tərəfindən 4 aydır, axtarışda olan Sərvət Zərbəliyevin qəsəbə ərazisində aptek və mağazalardan oğurluq etdiyi bildirilir.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Qobustan qəsəbə sakini Babalar Süleymanova məxsus mağazadan 320 manat və mobil telefon, aptekdən 1200 manat, kişi geyimləri mağazasından 2500 manat dəyərində geyim əşyaları oğurlayıb.

Əvvəllər fərarilik maddəsi ilə məhkum olunan gəncin digər cinayətlərdə iştirakı istisna olunmur. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Sərvət Zərbəliyevin oğurluq etdiyi ticarət obyektlərini dağıtdığı üçün “Bomba” ləqəbi ilə məşhurlaşdığı bildirilir.

(milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600