!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyrək daşlarından ibarət sərgi keçirildi

!Reklam – Yazi

Türkiyənin Osmaniyə Dövlət Xəstəxanasının Urologiya Şöbəsindəki guşədə fərqli bir sərgi təşkil edilib.

Yenicag.az xəbər verir ki, sərgidə xəstələrin böyrəklərindən çıxarılan daşlar nümayiş olunub. Sözügedən sərgi olduqca böyük marağa səbəb olub.

Xəstəxananın baş həkimi Tamer Gülsur açıqlamasında bildirib ki, tibb müəssisəsində ən çox edilən əməliyyat növlərindən biri də böyrək daşları ilə əlaqədardır: “Əgər ciddiyə alınıb vaxtında müalicə edilməzsə, hansı fəsadlar törədə biləcəyini nümayiş etdirmək üçün bu sərgi təşkil olunub. Belə ki, bura müalicəyə gələn pasiyentlər eyni zamanda xəstəliyin hansı ölçüdə ola biləcəyini, böyrəklər və sidik kisəsində hansı fəsadlara yol açdığını canlı şəkildə izləyə bilirlər. Məlum olduğu kimi, daş xəstəlikləri cəmiyyətimizdə ən çox yayılan xəstəliklərdəndir. Əməliyyat zamanı sidik kisəsindən 200-250 qram ağırlığında və 30-35 santimetr böyüklüyündə də daş çıxarılıb”.

Tahirə Nur

COP29

www.yenicag.az

3010
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv