Mayın 10-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək.
Yenicag.az-ın məlumatına görə, 3 gün davam edəcək nüfuzlu yarışda dünyanın 57 ölkəsindən 449 cüdoçu mübarizə aparacaq.
Azərbaycan millisi bu turnirdə 43 idmançı ( 28 oğlan, 15 qız) ilə təmsil olunacaq. Qadınların yarışında Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (hamısı 48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (hamısı 52 kq), Səkinə Zayirova, İçinxorloo Munxçedev, Larisa Florian (hamısı 57 kq), Nuriyyə Axundova, Diana Şoronova (hər ikisi 63 kq), Günel Həsənli, Aidə Baxışova (hər ikisi 70 kq), İrina Kindzerska (+78 kq), kişilərin mübarizəsində isə Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov (hamısı 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev, İsmayıl İbrahimov, İlkin Babazadə (hamısı 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Rüfət Məmmədov, Telman Vəliyev (hamısı 73 kq), Murad Fətiyev, Araş Ağayi, Afiq Səfərli, Hasil Cəfərov (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əliömər Tumayev, Əbdülhəqq Rəsullu (hamısı 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili (hamısı 100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov, İmran Yusifov (hamısı +100 kq) ölkəmizin şərəfini qoruyacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq beynəlxalq yarışın təntənəli açılış mərasimi mayın 10-da saat 16:00-da keçiriləcək.
www.yenicag.az