!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük savaş başlayır? – Dünyanın gözü İsrailin verəcəyi bu QƏRARDA

!Reklam – Yazi

İsrailin hərbi kabineti İranın hücumuna “cavab”ı müzakirə etmək üçün bu gün toplanacaq.

Yenicag.az xəbər verir ki, İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Hərbi Nazirlər Kabinetinin iclası yerli vaxtla saat 14:00-da başlayacaq.

İclasın əsas gündəm məsələsi aprelin 13-də İranın hücumuna İsrailin “cavab”ı olacaq.

Hərbi Nazirlər Kabineti İrana cavabı müzakirə etmək üçün bazar günü toplaşıb. İsrail mediası hərbi kabinet üzvlərinin İrana reaksiya ilə bağlı fərqli fikirləri olduğunu və konsensusun əldə olunmadığını bildirib.

Xəbərlər Hərbi Nazirləri Kabinetinin üzvlərinin İrana cavab verməyə razı olduqlarını, lakin nə vaxt və necə cavab veriləcəyi ilə bağlı fərqli fikirlər ifadə etdiklərini qeyd edib.

Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğunun binasına hava zərbəsi endirib. Hücum nəticəsində ikisi general rütbəsində olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 üzvü həlak olub.

İran İsrailin konsulluğa hücumunun öz ərazisinə hücum olduğunu və bunun cavabını verəcəyini bildirib.

İsrail də İranın hücumlarına cavab verəcəyini açıqlayıb.

Aprelin 14-nə keçən gecə İran yüzlərlə kamikadze dron, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib və bəzi hərbi hədəflərin vurulduğunu bildirib.

İsrail hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildiyini, lakin bir raketin ölkənin cənubundakı hərbi bazaya düşdüyünü bildirib.

COP29

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv