Britaniya səfiri: İranın Naxçıvana dron hücumu tamamilə qəbuledilməzdir

media-hightechnic-468x90

Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld “X” hesabında yazıb.

“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, – deyə səfir vurğulayıb.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05