Britaniyada ixtisaslı həkimlər çatışmır

media-hightechnic-468x90

img17338773 min həkim və min tibb bacısı xaricdən gətirilib

Yencicag.az bildirir ki, ötən il Britaniyada 3 min nəfərə yaxın həkim müxtəlf xəstəxanalarda 1 il müddətinə çalışmaq izni alıb.

Qəzet qeyd edir ki, peşəkar həkimlərin azlığı Britaniyada ciddi problemə çevrilməkdədir. Həkimlər isə 27 ölkədən gəliblər. Onların arasında Hindistan, Polşa, Avstraliya, Yunanıstandan olan həkimlər üstünlük təşkil edirlər. Onların sırasında İraq, Suriya və Sudandan olan həkimlər də var.

Birminqem Universitet Xəstəxanasından doktor David Rosser deyib ki, həkimlərə olan ehtiyac ödənməmiş qalır: “Daxili imkanlar yetərincə deyil. Bizim ölkədə kifayət qədər həkim yoxdur. Ona görə də, biz xarici həkimlərdən asılı vəziyyətdəyik. Müxtəlif sahələrlə bağlı həkim çatışmamazlığı getdikcə daha aydın hiss olunur”.

Yalnız Sousampton xəstəxanasında 113 nəfər bu cür həkim çalışır.

Tibb bacılarına da ehtiyac var. Belə ki, hazırda min nəfər də tibb bacısı xaricdən gələrək, Britaniyada çalışır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600