Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.
Yenicag.az xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın Mətbuat Xidmətinin işini fəallaşdırmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədi ilə Əliyeva Ayna Bəxtiyar qızı BŞİH-in Mətbuat Xidmətinə işə qəbul olunub.
Qeyd edək ki, Ayna Əliyeva gəncdir, bu təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb
www.yenicag.az