“Bu, Atatürkə atılan daşdır”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1944-cü ildə Türkiyəyə sığınan azərbaycanlıların SSRİ-yə verilməsi və güllələnməsi faktını yenidən gündəmə gətirməsi ictimai rəydə birmənalı qarşılanmayıb.
Bununla bağlı açıqlama verən “Borçalı” Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli baş verənləri siyasi spekulyasiya kimi dəyərləndirib:
“Təbii ki, bu, siyasi spekulyasiyadan başqa bir şey deyildir və dolayı formada Atatürkə atılan daşdır. Türkiyədaxili ideoloji mübarizə bəzən dövlətçilik sərhədlərindən kənara çıxır ki, bunun da türk birliyinə zərərləri ola bilər. Bu günkü qalibiyyət üçün tarixi istismar etmək yanlışlıqdır”.