“Bu, Azərbaycanda ilkdir”

media-hightechnic-468x90

aaaaaaa“Beşiktaş” klubuna yeni təyinat alan həmyerlimiz yeni işi barədə danışıb.
“YENİ ÇAĞ” Azərbaycan Tələbə Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyevin “idmanxeber.com” saytına verdiyi müsahibəni təqdim edir.
-Əfqan müəllim, ilk olaraq Türkiyənin “Beşiktaş” klubundan sizə gələn təklif haqda danışardıq. Necə oldu bu klubla müqavilə bağladız?

– Əvvəla, onu qeyd edim ki, Azərbaycanda son 5 il ərzində çimərlik futbolu üzrə nə qədər turnir olubsa hamsını mən keçirtmişəm. Hətta keçən il Superliqaya sponsor tapıb çempionatı keçirtdik. Bundan əlavə Gürcüstan ilə də sıx əlaqələrim var. Burada daişləyirəm. Bu ölkədə də çimərlik futbolunun inkişafında öz rolum var. Onlara da bu istiqamətdə böyük köməyim dəyib. Türkiyə ilə sıx əlaqələrim var. Keçən il İzmirin“Səfərisak” komandasının meneceri idim və bizim komanda Türkiyə çempionatının qalibi oldu. Bundan sonra İzmir klubundakı işimi görən “Beşiktaş” tərəfi mənimlə danışıqlara başladı. Çox keçmədi ki, mənə rəsmi təklif göndərdilər. Mən də danışıqlar aparmaq üçün Türkiyəyə yollandım və şərtlər məni qane etdiyindən 2 illik anlaşma imzaladıq. Bu iki ildə “Beşiktaş”ın meneceri olacam. Bu Azərbaycanda bir ilkdir.

– Siz “Beşiktaş”a getməklə daha bir təcrübə, yenilik, əlavə qazanc əldə edəcəksiz. Bəz Azərbaycan çimərlik futbolu nə qazanacaq?

– Heç nə… Çünki Əfqan Həmzəyevə Gürcütsan, Türkiyə, Moldova kimi ölkələrdən təklif gəlir. Ancaq Azərbaycanda mənim xidmətimdə heç kim maraqlı deyil.

– Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov güvənərək gənc hakimləri yetişdirmək yönündə sizə tapşırıq verib. Bu haqda nə deyərdiz?

– Bəli, 25 gənc hakimə dərs deyirəm. Artıq bir dərs günü bitib. Heç bir təmanna olmadan Azərbaycan hakimliyi üçün əlimdən gələni edirəm. Aralarında yaxşı, perespektivli uşaqlar da var. Mən çalışacam ki, bütün bilik və bacarığımdan istifadə edib bu gənc hakimlərə bildiyim hər şeyi öyrədəcəm.

– Hal-hazırda Tələbə futbol federasiyasının baş katibisiz. “Beşiktaş”ın meneceri,, eləcə də gənc hakimlərə dərs deyirsiz. Bu qədər işi bir arada görmək problem yaratmır ki?

– Düzü, İstanbula “Beşiktaş”la danışıqlara məhz buna görə getmişdim. Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev mənə etimad göstərib, buradan ona da təşəkkürümü bildirirəm. Belə etimadın qarşısında başqa işə getmək düz olmazdı. Məhz bu səbəbdən “Beşiktaş” rəhbərliyinə oturaq işim olduğunu bildirdim. Lakin onların mənə menecer işini təklif etməsi belədir ki, mən onların beynəlxalq əlaqələrini quracam Mən öz otağımda otura-otura da internet vasitəsi ilə əlaqələr qura bilərəm. Turnirlər üçün klublarla danışıq aparıram.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600