“Bu fundamental məsələdir”

media-hightechnic-468x90

elmannnPrezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çox tərəfli formatda geniş inkişaf tempinə və potensialına malikdir”. Bunu  açıqlamasında politoloq Elman Nəsirov ölkə başçısı İlham Əliyevin Bolqarıstan-Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq əlaqələri adlandırmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, xüsusilə də siyasi sahədə əməkdaşlığın geniş inkişafı təmin edilib: “Siyasi sahədə əldə edilmiş uğurlar, eyni zamanda iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün imkanlar yaradıb. Xüsusilə də, enerji təhlükəsizliyi sahəsində olan əlaqələrin daha da inkişafı üçün çox gözəl imkanlar meydana gəlib. Hesab edirəm ki, ölkə başçısının sayca 3-cü səfəri ikitərəfli əlaqələrin həm hüquqi normativ bazasının möhkəmlənməsinə xidmət etdi, həm də bir sıra, mühüm məsələlərdə ortaq mövqenin üzə çıxmasına yardımçı oldu”.

Politoloq deyib ki, iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlı razılaşmalar əldə edildi: “Məlum oldu ki, Azərbaycan investorlarının Bolqarıstan iqtisadiyyatına cəlb edilməsi və əksinə, yaxşı imkanlar var və bunlardan maksimum faydalanmaq lazımdır. Hesab edirəm ki, hər iki dövlət başçısının imzaladığı Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə münasibətlərin inkişafı yolunda yeni mərhələnin əsasını qoymuş oldu. Bu sayca Avropa İttifaqının 7-ci dövlətidir ki, Azərbaycanla müvafiq sənədi imzalayır. Bu sənədin imzalanması təkcə iki ölkənin əlaqələrinin inkişafına təsir etmir, bu həm də NATO ölkəsi olan, Aİ ölkəsi olan Bolqarıstanla əlaqələrimizin inkişafı üçün çox gözəl imkanlar yaratmış oldu”.

E.Nəsirov əlavə edib ki, imzalanmış sənəddə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həlli məsələsi öz əksini tapıb: “Yəni, xalqların öz müqəddəratını təminetmə prinsipi yox, məhz, ərazi bütövlüyü çərçivəsində bu öz yerini tapıb. Hesab edirəm ki, Bolqarıstanın bu mövqeyi Azərbaycanla əlaqələrin hansı səviyyədə olmasını bir növ göstəricisi kimi də dəyərləndirilə bilər. Bu yanaşma onu təsdiqlədi ki, Azərbaycan-Bolqarıstan münasibətləri artıq strateji tərəfdaşlıq münasibətləridir. Çünki, bu fundamental məsələdir”.

Onun sözlərinə görə, səfər çərçivəsində xüsusi diqqətdə saxlanılan məqam həm də o oldu ki, Bolqarıstan tərəfi Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafında maraqlıdır və bu istiqamətdə təkcə maraqlı deyil, konkret addımlar atıb: “Bolqarıstan Nabuco layihəsinin ölkəsi olaraq, Cənub Qaz Dəhlizi layihəsində iştirak etmək niyyətini ortaya qoyub və eyni zamanda Azərbaycanda ildə 1 milyard kub metr qaz almaqla bağlı razılaşma əldə edilib. Bu bir daha onu təsdiqləyir ki, Bolqarıstan Azərbaycanla Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında çox maraqlıdır və bu istiqamətdə artıq konkret addımlar atıb. Bütövlükdə ölkə başçısının Bolqarıstana bu səfəri ikitərəfli əlaqələrin inkişafı üçün çox gözəl imkanlar açdı”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600