Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

media-hightechnic-468x90

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün final oyunu keçiriləcək.

Yenicag.az xəbər verir ki, həlledici matçda İspaniya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

Berlin Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.

Pireneylilər sayca 4-cü, “Dumanlı Albion” təmsilçisi isə ilk qitə çempionluğunu qazanmağa çalışacaq.

Bu, iki komandanın öz aralarında 28-ci dueli olacaq. Əvvəlki matçların 10-u ispanların, 13-ü ingilislərin xeyrinə, 4-ü isə heç-heçə başa çatıb. Qolların nisbətində də İngiltərə millisinin üstünlüyü nəzərə çarpır – 45:32.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05