Bu gün Sevil Əliyevanın doğum günüdür

media-hightechnic-468x90

sevilBu gün böyük siyasətçi Heydər Əliyevin qızı Sevil Əliyevanın ad günüdür. Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın 59 yaşı tamam olur.

Sevil Heydər qızı Əliyeva 1955-ci il, oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.

1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Bir qızı, iki oğlu var.

Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsrt etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” televiziyasının qurucusudur.

S.Əliyeva “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Mətbuat zaman-zaman S.Əliyevanın Londondan Bakıya qayıdaraq siyasətə qoşulacağı, YAP-dan uzaqlaşdırılan sabiqlərdən ibarət müxalifət partiyası yaradaraq ona rəhbərlik edəcəyi barədə məlumatlar yaysa da bunlar, baş verməyib.

Sevil Əliyevanın özü də bir dəfə mətbuata açıqlamasında belə xəbərlərə nöqtə qoyub: “Mən siyasətlə məşğul olmağı düşünmürəm”.

Həmin açıqlamasında o, hər hansı partiyaya rəhbərlik edəcəyi barədə məlumatları da təkzib edərək bildirib: “Burada, Londonda mənim ailəm var, mənim məşğuliyyətim var. Bunları dəyişmək fikrində deyiləm, xüsusilə də siyasətə. Mən valideynlərimin xatirəsini əziz tuturam. Azərbaycan prezidenti olan qardaşımla, onun ölkə və Azərbaycan xalqının rifahı üçün atamın siyasətini davam etdirməsi ilə fəxr edirəm”. (avrasiya.net)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600