Bu il Azərbaycana idxal edilən avtomobillərin sayı AÇIQLANDI

media-hightechnic-468x90

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 484.4 milyon ABŞ dolları dəyərində 74 723 ədəd avtomobil idxal olunub.

Bu barədə Yenicag.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8% və ya 6 483 ədəd azalıb, dəyəri isə 8% və ya 110.4 milyon dollar artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 374 milyon ABŞ dolları dəyərində 81 206 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 ədəd artaraq 2592 ədəd təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600