Bu il fitrə zəkatı nə qədər oldu? - QMİ-dən CAVAB

media-hightechnic-468x90

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Yenicag.az-a verilən məlumatda qeyd olunur ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməyə mükəlləfdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edir və həmin gün ölkədə bayram namazı qılınacaq.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa