Bu il Həcc üçün bilet qiymətləri kəskin artdı

media-hightechnic-468x90

Sabahdan Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Yenicag.az  xəbər verir ki, bu il 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları və 9 775 manat təşkil edir. Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600