!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il övladını ilk dəfə məktəbə yola salan MEDİA NÜMAYƏNDƏLƏRİ - FOTOLAR / VİDEO

!Reklam – Yazi

Pandemiya dövrünün hələ də davam etməsinə baxmayaraq, bu gün bütün təhsil müəssisələrində 2021-2022-ci dərs ili ənənəvi qaydada başlayıb. Yeni tədris ilində əksər media nümayəndələrinin övladları da məktəbə ilk qədəmlərini qoyublar.

Yenicag.az olaraq, övladı birinci sinifə gedən media nümayəndələrinin siyahısını təqdim edirik:

“Aktual TV” İnformasiya Agentliyinin baş redaktoru Etibar Məmmədovun oğlu da məktəbə ilk qədəmlərini qoyan şagirdlərdən biridir.

Diaspor İnformasiya Mərkəzi və “İnterpress.az” media qurumunun rəhbəri Toğrul Allahverdilinin oğlu Həsən Allahverdili Səbail rayonunda yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbdə yeni tədris ilinə başlayıb.

“Demokrat.az” saytının baş redaktoru Vasif Həsənlinin oğlu Kənan bu ilin birincilərdəndir.

“Sfera.az” xəbər portalının baş redaktoru Ozal Məmmədovun oğlu Umud Məmmədli də bu gün ilk dərs günü həyəcanı yaşayan şagirdlərdən biridir.

“Moderator.az” saytının şef redaktoru Xəyalə Rəis və “Trend”in redaktoru Elgün Mənsimovun əkiz övladları da məktəbə ilk qədəmlərini qoyublar.

“Modern.az”ın baş redaktoru Anar Rüstəmovun oğlu İman bu il birinci sinfə gedən şagirdlərdəndir.

“Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Liftiyevanın qızı Banu da məktəb həyatına ilk qədəmlərini qoyub.

“525-ci qəzet”in redaktoru İsgəndər Həsənovun qızı bu il 1-ci sinifə gedən şagirdlərdəndir.

“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin oğlu da birinci sinifə gedən məktəblilərdəndir.

Qeyd edək ki, bu il respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Gülşən Şərif

www.yenicag.az

1081
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv