Bu ilin 10 ayında əlillik verilən şəxslərin sayı açıqlandı

media-hightechnic-468x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 50,2 min şəxsə əlillik təyin edib.

Bu barədə Yenicag.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 16,7 min nəfərə ilkin, 33,5 min nəfərə təkrar əlillik təyinatı aparılıb.

Bu ilin 10 ayında əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olub.

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisələrinin elektron sistemə daxil etdiyi göndərişlər əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.

Bizim Telegram

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600