!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə dəhşətli vəba epidemiyası – Yüzlərlə insan öldü

!Reklam – Yazi

 

Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (NCDC) builki vəba epidemiyasında ən azı 359 nəfərin öldüyünü bildirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəzin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları arasında Nigeriyanın cənub-qərbindəki Laqos əyaləti də daxil olmaqla, 33 ştatda baş vermiş vəba epidemiyasında ən azı 359 nəfər ölüb. Bu il şübhəli halların sayında artım olduğu və 10 min 837-yə çatdığı bildirilib. Bu il Nigeriyanın 36 əyalətindən 33-də şübhəli vəba halları qeydə alınıb. NCDC-nin məlumatına görə, təkcə keçən həftə 198 şübhəli yeni hadisədən beş ştatda ən azı 15 yeni ölüm hadisəsi qeydə alınıb ki, bu da ölüm hallarının nisbətini 7,6 faiz təşkil edir.

NCDC məlumatında qeyd olunur ki, sentyabr ayında ən azı 254 sürətli diaqnostik test edilib, onlardan 175-i müsbət nəticə verib, aparılan 149 nəcis kulturası testinin isə 103-ü müsbət nəticə verib.

Qeyd edək ki, vəba çox ölümcül xəstəlikdir və ən ağır formasında kəskin sulu ishalın qəfil başlaması ilə xarakterizə olunur və ağır susuzlaşdırma nəticəsində ölümlə nəticələnə bilər. Nigeriyada xüsusilə sıx məskunlaşan ərazilərdə içməli su təchizatının olmaması səbəbindən vəba epidemiyasının tez-tez yayıldığı bildirilir.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv