“Bu sanksiyalar boş yerə göz qorxutmaqdır”
Açıqlama verən məşhur politoloq Fərhad Mehdiyev Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ikinci sanksiya dalğası və bu dalğanın mümkün nəticələrini şərh edib:
“Qərbin sanksiyaları Rusiyanın müdafiə sənayesi və energetika sənayesi sektoruna aiddir. Yəni bu sanksiyalar o sektorda fəaliyyət göstərən şirkətlərə yönəlir. O şirkətlərə ki, orda dövlətin payı var. Bunların yaxın gələcəkdə heç bir təsiri olmayacaq. Bu sanksiyalar boş yerə göz qorxutmaqdır. Ancaq bu sanksiyalar Rusiyanın müdafiə sənayesinin gələcək inkişafına, xüsusilə dəqiq silahların istehsal və inkişafına ciddi şəkildə mənfi təsiri olacaq”.