Nazirlər Kabinetinin “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə görə, İnstitutun əldə etdiyi vəsaitdən “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar
tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq Agentliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
www.yenicag.az