!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu vitaminin çatışmazlığının SİMPTONLARI

!Reklam – Yazi

Almaniya mütəxəssisləri qeyd edir ki, qidalanmada B12 vitamininin çatışmazlığı bir çox pozulmaların inkişafına səbəb olur.

Yenicag.az xəbər verir ki, mütəxəssislər bu vitaminin qəbulunu artırmağa çağırır. Alimlərin müşahidələrinə görə, müasir insanlarda B12 vitaminin defisiti kütləvi xarakter daşıyır.

B12 orqanizmin hüceyrələrinin yenilənməsi, qan hüceyrələrinin formalaşması proseslərində, immun sisteminin reaksiyalarında iştirak edir, zülal və yağların mübadiləsini tənzimləyir, beyin və sinirləri ziyanlı təsirlərdən qoruyur.

B12 həmçinin orqanizmdə digər çox vacib prosesdə iştirak edir. Orqanizmdə əmələ gələn ziyanlı homosistein aminturşusu zərərsizləşdirilir. Homosistein aminturşusunun orqanizmdə yüksək səviyyədə olması damarları zədələyir, onları daha boş və kövrək edir ki, nəticədə belə damarlarda xolesterin sürətlə yığılır. Xolesterinin yığılması nəticəsində ateroskleroz inkişaf edir. Ateroskleroz ürək tutması, insult və infarktın əsas səbəbi sayılır./Focus/

Orqanizmdə B12 vitamininin çatışmazlığının simptomları:

qanazlığı
yorğunluq
diqqətin pozulması
başgicəllənməsi
əzələ zəifliyi
nevroloji pozulmalar, sinirlərin zədələnməsi

B12 vitamininin əsas mənbələri:

qaraciyər
balıq
ət
yumurta
süd məhsulları

COP29

www.yenicag.az

1130
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv