"Bu xəbərlər əsassızdır"- “Azərbaycan Dəmir Yolları”ından rəsmi açıqlama

media-hightechnic-468x90

““Azəravtoyol” ASC-nin “Azərbaycan Dəmir Yolları”na birləşdirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır.”

Bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bəyan edib. Onun sözlərinə görə, təmsil etdiyi quruma “Azəravtoyol” ASC-nin ləğv edilərək “Azərbaycan Dəmir Yolları” QSC-ə birləşdirilməsi ilə bağlı hər hansı bir xəbər daxil olmayıb.

Qeyd edək ki, görkəmli şair Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən dağıdılması, Prezident İlham Əliyevin bu məsələdə günahı olanların cəzalandırılması ilə bağlı verdiyi tapşırıqdan sonra bu gün yerli mətbuatda “Azəravtoyol” ASC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nə birləşdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa