!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu zavoddan daha bir şikayət

!Reklam – Yazi

Atmosfer havasını çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının 2 ay əvvəl cərimə sanksiyası tətbiq etdiyi “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin ekoloji tələblərə cavab verməyən fəaliyyəti barədə ətrafda yaşayan sakinlər yenidən Nazirliyə şikayət edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, müəssisənin yerləşdiyi Sabunçu rayonu, Anaşkin küçəsi ərazisində növbəti monitorinq və araşdırma aparılıb. Nəticələrə əsasən atmosfer havasına atılan zərərli maddələrin Yol Verilən Qatılıq Həddini keçdiyi, ekoloji normativ sənədlərin olmadığı, qaz-toztutucu qurğuların quraşdırılmadığı və 2018-ci ilin iyul ayında ETSN tərəfindən verilən “məcburi göstəriş”in tələblərinə riayət olunmadığı aşkar edilib.

Faktla bağlı “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC barəsində akt və hüquqi şəxs qismində protokol tərtib edilib və müəssisə barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sabunçu rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, ETSN-nin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayında “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin şüşə-boru sexinin ətraf ərazilərində monitorinq aparılmış və atmosfer havasına atılan zərərli maddələrin sanitar norma həddini keçdiyi müəyyən edilmişdi. Zavodun icraçı direktoru İsgəndər Əliyev inzibati qaydada 2500 manat məbləğində cərimə olunmuş və çatışmazlıqların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

COP29

www.yenicag.az

5949
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv