Büdcəyə gömrük daxilolmaları 6 milyard manatı üstələdi

media-hightechnic-468x90

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard manatı üstələyib.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

Onun sözlərinə görə, bu, 11 aylıq proqnozdan təxminən 150 milyon manat çoxdur.

Bundan başqa, gömrük rəsmisi deyib ki, bu ilin 10 ayında sahibkarlara ümumi dəyəri 2,9 milyard manatdan çox olan güzəştlər tətbiq olunub: “Halbuki, ötən il bu güzəştlərin dəyəri 2,3 milyard manat təşkil edib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa