Bufetlərdə aparılan monitorinqin nəticələri açıqlanıb

media-hightechnic-468x90

1410303939_mekYeni tədris ilinin başlanması ərafəsində şagirdləri, xüsusən də valideyinləri narahat edən məsələlərdən biri də məktəb bufetlərinin vəziyyətidir.

Məktəblərdə vacib olan məsələlərdən biri bufetlərdə satılcaq qidaların gigiyenik baxımdan nə qədər təmiz olmasıdır. Çünkü 5-6 saat dərsdə oturan şagirdlər, bu müddətdə kifayət qədər enerji itirir. Bunu da bərpa etmək üçün üz tuturlar məktəb bufetlərinə. Oradakı qidaların isə gigiyenik baxımdan təmizliyi, məhsulun keyfiyyəti qalır məktəb bufetini istfadə edən sahibkarın insafına. Düzdür məktəblərdə dərslər hələ başlamayıb, amma Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, məktəblərin əksəriyyəti yenidən təmirdən çıxdığı üçün, ilkin monitorinqin nəticələri sanitar-gigiyenik məsələlərdə problemin olmayacağını göstərir.

Ziyəddin Kazımovun sözlərinə görə, hər il olduğu kimi bu il də yeni tədris ilinin başlanmasına qədər, məktəblərin ümumi hazırlıq səviyyəsini araşdırmışıq və aparılan araşdırmalar zamanı məlum olub ki, əksər məktəblər yeni tədris ilinə tam hazır vəziyyətə gətiriliblər.

Ümumtəhsil müəssələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən 32 çeşid ərzaq məhsulları mövcudur. Əsas satılan isə bulka və un məlumatları kimi məhsullardır. Qadağan edilənlər çipsi, moyenezdən hazırlanan qidalar, ketçup, digər istiotlu qida məhsulları, qazlı sular, müxtəlif konserv məhsulları, kremli tortlar və bu kimi məhsullardır. Şöbə müdiri bildirir ki, bufetlərdə əsas araşdırmaların aparılması üçün Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən icazə alınacaq. Çünki bufetlər məktəbə deyil sahibkarlara məxsusdur.

Məsələ ilə bağlı Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirdilər ki, bu ilki tədris ilində təhsil müəssisəsilə imzalanan müqaviləyə əsasən məktəbləri qida məhsulları ilə hüquqi və yaxud fiziki şəxslər təmin edəcək.

İlkin mərhələdə layihə Bakıda yerləşən 320-dən artıq dövlət təhsil müəssisələrini əhatə edəcək. Sahibkarlar isə təhsil müəssisələrini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarına əsasən, standartlara cavab verən qida məhsulları ilə təmin edəcək. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600