Azərbaycanlı rəssam Günay Mehdizadə Türkiyədə qatıldığı sərgidə özünün rəsm texnikasından danışıb.
Yenicag.az xəbər verir ki, sərgi Bursa Mədəniyyət və Turizm Vəqfinin Beynəlxalq Qadın Sənətçilər Dərnəyinin Bursa şöbəsinin birgə təşkilatçılığı ilə Atatürk mədəniyyət Mərkəzində keçirilib.
Sərgidə çıxış edən Günay Mehdiyeva hər bir sənətçi üçün ən böyük xoşbəxtliyin əsərlərinin yaddaşlara həkk olunması olduğunu deyib.
Bu sahədə şanslı olduğunu dilə gətirən rəssam, “Şanslıyam, çünki əsərlərimin bəziləri muzeylərdə sərgilənir. Ensklopediyalara düşmüş əsərlərim də var. Əsərlərim arasında ən önəmlilərdən biri Ankarada “Atatürk evi”ndə sərgilənən əsərimdir. Ora yolunuz düşərsə, mütləq ziyarət edin. Çünki ora, 2015-ci ildə Türkiyənin sərvəti kimi ad qazanıb” – deyə bildirib.
Azərbaycanın əməkdar rəssamı Bəyimxanım Hacızadədən dərs aldığını vurğulayan Günel, ” Ondan 5 il dərs aldım. Bu illərdə öz texnikamı formalaşdırmaq üçün böyük təcrübə yığdım və buna görə Bəyimxanım xanıma minnətdaram. Yadımdadı, o, mənə əgər öz ölkəndə və dünyada tanınmaq istəyirsənsə, heç vaxt milli kimliyini unutma, demişdi. Mən də milli kimliyimizi miniatürlərimdə əks etdirməyi qərara aldım” – deyə diqqətə çatdırıb.
Müəlliminin onun karierasının formalaşmasında rolunu xatırlayan rəssam, “Bir gün mənə daha gəlmə, nə vaxt öz rəsm texnikanı formalaşdırmağı bacarsan, o zaman gələrsən, dedi. Depressiyaya düşdüm. Lakin sonra miniatürlərimizi araşdırmağa başladım. Bir neçə ay sonra öz rəsm texnikamla çəkilmiş rəsmlərimlə onun yanına getdim.
Rəsmlərimə baxdı, razı qaldı. Məndən bir şey istədi. Dedi ki, sən düz yoldasan, davam elə, bu yolda səhv deyənlər də olacaq, düz deyənlər də. Heç nəyə baxma və yoluna davam et. Ondnn sonra da hər zaman əsərlərimi ona göstərirdim. Artıq mən də müəlliməm və mənim də tələbələrim öz rəsmlərini çəkirlər, müxtəlif sərgilərdə nümayiş etdirirlər. Bu, çox qürurvericidir” – deyə xatirələrini bölüşüb.
Mehdizadə çıxışından sonra bacrıqlarını tablo üzərində nümayiş etdirib.
www.yenicag.az