Müstəqil “Rebus” teatrı yeni tamaşasını təqdim edəcək.
Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanan tamaşa “Hamlet X” adlanır. Tamaşanın ideya müəllifi və rejissoru Ceyhun Dadaşovdur.
“Psixo-plastik qrotesk” janrında ərsəyə gələn tamaşada Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov, Natəvan Abbaslı, Ziya Ağa, Rasimə Abbaslı rol aıb.
Rejissor Ceyhun Dadaşov Yenicag.az-a açıqlamasında tamaşanın sözsüz olduğunu bildirib:
“Birbaşa “Hamlet” əsərinin interpretasiyası deyil. Əsas quruluşda Hamlet qatilə çevrilir. Bütün ölümlər Hamletin əli ilə baş verir. Az qala hər kəs Klavdi və Hamlet arasında gedən mübarizənin qurbanıdır”
Tamaşa Mədəniyyət Nazirliyinin “Müstəqil teatrlara dəstək” proqramı çərçivəsində noyabrın 5-də saat 19.00-da Gənc Tamaşaçılar teatrının kiçik səhnəsində oynanılacaq.
Xatırladaq kli, sözügedən proqram əsasında müstəqil teatrlara ayda bir dəfə, dövlət teatrının binasında tamaşasını təqdim etmək üçün şərait yaradılacaq.
www.yenicag.az