!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavid Qurbanov “Sədərək Yusif”in yoluna qarşı…

!Reklam – Yazi
img1584701“Sürücülər Lökbatan istiqamətindən aşağı düşüb, dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. “Sədərək” ticarət mərkəzinin yoluna keçməyə ehtiyac yoxdur”
Təmir işləri ilə əlaqədar mayın 26-da qismən məhdudlaşdırılan Bakı Dairəvi avtomobil yolu hazırda tam bağlanıb.
Bununla bağlı “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlama verib.
 Onun sözlərinə görə, qeyd olunan yolun tam bağlanması nəzərdə tutulmasa da, bu addım məcburən atılıb: “Bəzi sürücülərin yüksək sürətlə hərəkət etməsi, o cümlədən bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxardı. Buna görə də biz qərara aldıq ki, gediş hissəni tam bağlayaq”.
“Azəryolsevis” rəsmisi sürücülərdən Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edib: “Sürücülərin çoxu bildirirlər ki, gedərkən “Sədərək” ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş edirlər. Lakin biz onlara alternativ yol kimi Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edirik. Belə ki, həmin yolda sürücülər Lökbatan istiqamətindən aşağı düşüb, dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. “Sədərək” ticarət mərkəzinin yoluna keçməyə ehtiyac yoxdur”.
COP29

www.yenicag.az

1208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv