Çavuşoğlundan ABŞ-a sərt reaksiya

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-lı həmkarı Tillersonun Türkiyə səfəri ilə bağlı sualları cavablandırıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, nazir Türkiyə və ABŞ əlaqələrinin çox gərgin olduğunu vurğulayaraq, ölkəsinin ABŞ-dan konkret addımlar gözlədiyini deyib:

“Gözləntilərimiz açıq-aşkardır. Biz artıq vəd eşitmək istəmirik, konkret addımlar atılmasını istəyirik. Bəzi məsələləri müzakirə etmək üçün itirilən inam yenidən bərpa edilməlidir. Türkiyə heç bir dostuna qarşı səhv etməz. Amma ABŞ bizə qarşı çox ciddi səhvlərə yol verib. Münasibətlərimiz çox kritik bir nöqtədədir. Əlaqələr ya düzələcək, ya da tamamilə pozulacaq”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600