!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Mövlud Çavuşoğlu Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nazirə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

***

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.

Yenicag.az-ın xəbərinə görə, onu hava limanında Azərbaycan rəsmiləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

Səfər çərçivəsində Xarici İşlər naziri Mövlud Çavuşoğlunun baş nazir Novruz Məmmədov, Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Çavuşoğlu-Məmmədyarov görüşündən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur./APA/

COP29

www.yenicag.az

2171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv